Aparıcı İlqar Mikayıloğlu kameralar qarşısında həyat yoldaşı, vəkil Zülfiyyə Bayramovaya eşq elan edib.Aparıcı “Onlar” verilişinə açıqlamasında ailə həyatından danışıb:
“Mən Zülfiyyəni sevirəm. Yanında elə bir insan olmalıdır ki, o ailəni güclü saxlayasan. Mən ona, o, mənə söykənib dayanırıq. Ona görə də, ailəmiz möhkəmdir. Ailə dirəyimizi sındırmaq istəyirlər. Amma məsləhət deyil. Mən təriflər söyləyə bilmirəm. Bu insana hər zaman arxayınam”.
Z.Bayramova ailəsinin möhkəm bünövrəsi olduğunu deyib:
“O, şou insanıdır, mən ciddi adamam. Amma ailədə ciddi rolu o, şounu mən oynayıram. İlk növbədə, İlqar mənim dostumdur. Bunun mənfi cəhətlərindən biri: əsəbləşdisə, gözü heç nə görmür. Rus dilində danışır. Mənə qarşı əsəbi olmayıb ki, könlünü alım. Hirslənəndə bir kəlmə deyirəm: “aşkım”. Təki hər zaman İlqarın əli çiynimdə olsun. Ondan güc alıram. Həmişə işimi evə aparıram. İlqar bundan bezmir, mənə kömək edir. Özü isə əksinə, işi televiziyada qoyur”.//axsam.az