İmkansız tələbələri şantajla fahişəliyə məcbur edən azərbaycanlı qadın həbs edildi

İmkansız tələbələri şantajla fahişəliyə məcbur edən azərbaycanlı qadın həbs edildi
SOSİAL
13:40 03.05.2018
3888

Türkiyənin Ərzincan vilayətində qadınları fahişəliyə məcbur edən dəstə saxlanılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 3 aya yaxın davam edən araşdırmadan sonra polis şəhər mərkəzində əməliyyat keçirib. Əməliyyat zamanı Azərbaycan əsilli 50 yaşlı Pərvanə A., Seyana A. (30 yaş), Marafat M. (28 yaş), Qamze Y. (24 yaş), Işıl B. (25 yaş), Öznur A. (23 yaş) və Özlem Ç. (22 yaş) saxlanılıb.

Məlum olub ki, şübhəlilər maddi sıxıntı içərisində olan universitet tələbələrini taparaq onları fahişəliyə cəlb ediblər. Bunu qəbul etməyənləri isə təhdid və şantaj ediblər.

Saxlanılanlar sağlamlıqla bağlı müayinədən keçirildikdən sonra məhkəməyə cəlb edilib. Məhkəmədə Pərvanə A, Qamze Y. və Işıl B. "fahişəliyə araçılıq etmək və yer təmin etmək” maddəsi ilə tutulub. Digər şübhəlilər isə polis nəzarətinə verilib.

OXŞAR XƏBƏRLƏR