14:43 Bazar Günü, 16 Iyun 2019
SOSİAL

İmtahanda maksimum balı yığdılar - “Gözləmirdim, şokdayam...”

23:09, 17.05.20197070
İmtahanda maksimum balı yığdılar - “Gözləmirdim, şokdayam...”
XI sinif şagirdləri üçün aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

AZXEBER.COM xəbər verir ki, imtahanda Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin iki şagirdi ən yüksək balı yığıb. 

11-ci sinif şagirdləri Surxay Hasilov və Rəşad Alpaşayev onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum 300 balı toplayıblar. 

"İmtahanda bu nəticəni göstərəciyimi gözləmirdim. Hazırda şokdayam” deyə şagird Surxay Hasilov Azedu.az-a açıqlamasında deyib.

Rəşad Alpaşayev isə imtahandan çıxanda maksimum bal toplayacağını düşünmədiyini, çünki binadan xoş hisslərlə ayrılmadığını qeyd edib. 
XƏBƏR LENTİ