Çində bir qrup insanlar qədər dəqiq atəş edə bilən silahlı robot itləri sınaqdan keçirməyə başlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son zamanlar bəzi texnoloji şirkətlər robot itlər yaratmağa başlayıblar. Üstəlik, bu robotlar müxtəlif avadanlıqlarla təchiz edilir və müxtəlif sahələrdə istifadə olunur.
Bəzi robot itlər uzaqdan idarəetmə ilə idarə edildiyi halda, bəziləri süni intellekt sayəsində özbaşına hərəkət edə bilir.
Çin ordusunun son illərdə dövlət mediası vasitəsilə dərc etdiyi görüntülər bu itlərdən bəzilərinin silahlandığını və həqiqi hərbi təlimlərə məruz qaldığını göstərir.
Çində edilən yeni araşdırmaya görə, pulemyotlarla silahlanmış robot itlər təlim keçmiş atıcılar qədər dəqiq ola bilər.
Araşdırmaçılara görə, bu texnologiya müharibənin gələcəyinə potensial əhəmiyyətli təsir göstərə bilər.
Ayşən