Çin “TikTok”un ABŞ-da satılması yerinə qadağan olunmasını seçdi

Çin “TikTok”un ABŞ-da satılması yerinə qadağan olunmasını seçdi
DÜNYA
22:58 16.03.2024
251
Çin rəsmiləri ABŞ-da "TikTok”un məcburi satışının qarşısını alacaqlarına söz veriblər.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, "ByteDance” rəsmi orqanlardan siqnallar alıb ki, Pekin ABŞ-da sosial şəbəkənin qadağan edilməsini ən əlverişli variant hesab edir.

Bu, Çin şirkətini ümidsiz vəziyyətdə qoyub. Belə ki, martın 13-də Amerika Konqresinin Nümayəndələr Palatası "TikTok”un satışını, satışı mümkün olmasa qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Layihə Senata göndərilib, ABŞ prezidenti Cozef Bayden sənəd qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib.
Bu həftə Çinin Ticarət Nazirliyi ABŞ-dan "TikTok"a əsassız təzyiq göstərməyi dayandırmağı tələb edib, Çin qanunlarına və qaydalarına ciddi şəkildə əməl etməli olduğunu söyləyib.

ABŞ-ın keçmiş maliyyə naziri, hazırda "Liberty Strategic Capital” özəl investisiya şirkətinə rəhbərlik edən Stiven Mnuçin investorlar konsorsiumunu toplayaraq "TikTok”u almağa hazır olduğunu açıqlayıb.

"WSJ”in məlumatına görə, əgər sövdələşmə baş tutsa, onun dəyəri 100 milyard dollardan az olmayacaq. "TikTok”un ABŞ-dakı gəliri 2023-cü ildə təxminən 20 milyard dollar təşkil edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi