Çində dağ marafonu zamanı 21 nəfər ölüb

Çində dağ marafonu zamanı 21 nəfər ölüb
DÜNYA
22:07 23.05.2021
574
Çinin Qansu əyalətində dağ marafonu yarışması zamanı 21 nəfər ölüb.

Bu barədə "Global Times” nəşri məlumat yayıb.
 
Məlumata əsasən, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə hava şəraitinin kəskin pisləşməsi nəticəsində baş verib. 172 nəfərin iştirak etdiyi yürüş yarımçıq dayandırılıb. İştirakçılar dağlıq ərazidən təxliyə olunub.

Yerli hakimiyyət orqanları insidentin səbəblərinin daha geniş araşdırılması məqsədilə işçi qrup yaradıb.
OXŞAR XƏBƏRLƏR