İndoneziyada 37 nəfərin olduğu balıqçı qayığı aşıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qayığın aşması nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb.
Axtarış-xilasetmə qrupunun Cənubi Sulavesi əyalətindəki Selayers adasının müxtəlif yerlərində ölən 2 nəfər və 11 nəfərin cəsədini tapdığı bildirilib.
Səlahiyyətlilər xilas edilən insanlara yaxınlıqdakı sağlamlıq mərkəzlərində tibbi yardım göstərildiyini, vəziyyətlərinin stabil olduğunu, itkin düşən 24 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Gülay