İndoneziyanın şərqindəki Maluku adasında körpünün uçması nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində xəsarət alanlar ətraf xəstəxanalara yerləşdirilib.
Körpünün uçmasına səbəb olaraq İndoneziyada seçki kampaniyası çərçivəsində Banda adalarına səfər edən Andi Munasviri qarşılamaq üçün bölgəyə çoxlu sayda tərəfdarın axın etməsi olub.
Qeyd edək ki, siyasətçinin qarşıdan gələn yerli seçkilərlə bağlı ictimai yığıncaqda çıxışı nəzərdə tutulmuşdu.
Mikayıl