Çinə məxsus cihaz Marsda tədqiqatlara başlayıb

Çinə məxsus cihaz Marsda tədqiqatlara başlayıb
DÜNYA
13:08 22.05.2021
490
Çinə məxsus "Juronq” (Zhurong) təkərli cihazı Marsda eniş kürsüsünü tərk edərək tədqiqatlara başlayıb.

Bu barədə Çin Milli Fəza Administrasiyası (CNSA) bildirib.

Qeyd edək ki, "Tianwen 1” (səmavi suallar) araşdırma missiyası çərçivəsində qonşu planetə göndərilən "Zhurong” cihazı mayın 14-də mənzil başına çatdırılıb. Bununla da Çin SSRİ və ABŞ-dan sonra Marsa cihaz endirməyə müvəffəq olan üçüncü ölkə olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR