İngiltərə kubokun finalının tarixi müəyyənləşdi

İngiltərə kubokun finalının tarixi müəyyənləşdi
İDMAN
23:23 03.05.2020
1399
Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə kubokunun qalan oyunlarının taleyini aydınlıq gəlib.

Turnirin bərpasından sonra bütün matçların Londondakı "Uembli” stadionunda təşkili planlaşdırılır.

Qarşılaşmaların hamısı azarkeşsiz keçiriləcək. 1/4 final mərhələsi koronavirusa təxirə salınan kubokun final oyununun avqustun 8-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 1/4 finalda "Lester” – "Çelsi”, "Nyukasl” – "Mançester Siti”, "Şeffild Yunayted” – "Arsenal” və "Norviç” – "Mançester Yunayted” cütləri üz-üzə gəlməlidir.
 
///Apasport.az
OXŞAR XƏBƏRLƏR