İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Yunayted"i məğlub etdi

İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Yunayted"i məğlub etdi
İDMAN
22:19 17.08.2025
165
İngiltərə Premyer Liqasının 1-ci turunda "Mançester Yunayted" "Arsenal"ı qəbul edib.

Matç "Old Trafford" stadionunda baş tutub və qonaqların minimal üstünlüyü ilə yekunlaşıb.

Oyunda yeganə qolu 13-cü dəqiqədə Rikkardo Kalafiori vurub.

Növbəti turda "Mançester Yunayted" səfərdə "Fulhem"lə qarşılaşacaq, bu oyun avqustun 24-də baş tutacaq. "Arsenal" avqustun 23-də evdə "Lids Yunayted"i qonaq edəcək.

/Oxu.Az
OXŞAR XƏBƏRLƏR