İngiltərə Rusiyanın muzdlu qruplaşması "Vaqner”i terror təşkilatı kimi tanımağa hazırlaşır.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman "Vaqner"i terror qruplaşması kimi xarakterizə edib.
Bildirilib ki, İngiltərə Rusiyanın muzdlu "Vaqner” qrupunu terror təşkilatı elan etmək üçün hazırlıqlara başlayıb.
Qrupun fəaliyyətini, dəstək və üzvlüyünü qadağan edən layihənin yaxın vaxtlarda parlamentə təqdim ediləcəyi vurğulanıb.
Afrika, Suriya və Ukraynadakı fəaliyyətləri ilə gündəmə gələn Rusiyanın muzdlu qruplaşması "Vaqner” İngiltərədəki terror təşkilatları siyahısına daxil ediləcək.
Şəbnəm