İngiltərədə üç qızın ölümünə səbəb olan qətlin arxasında bir mühacirin dayandığına dair iddialar müxalifəti ayağa qaldırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, küçələrə çıxan etirazçıların zorakı hərəkətləri baş nazir Keir Starmer tərəfindən quldurluq kimi qələmə verilib.
Etirazçıların nasist salamı verdiklərini bildirən baş nazir onların peşman olacaqlarını dilə gətirib.
İğtişaşlar nəticəsində 92 nəfər saxlanılıb.
Nümayişlər zamanı bir çox mağazanın şüşələri sındırılıb, etirazçılarla polis qarşı-qarşıya gəlib.
Starmer açıqlamasında "Biz cəmiyyətimizdə qorxu yaymağa çalışan, parçalanma və nifrət toxumu səpməyə çalışanlara dözməyəcək bir ölkəyik. Heç bir halda küçələrimizdə nizamın və qanunun gözardı edilməsinə icazə verməyəcəyik" - deyib.
Həmçinin baş nazir bəzi sosial şəbəkə şirkətlərinə müraciət edərək onlara xəbərdarlıq edib:
"İki böyük sosial media şirkətinə və onları idarə edənlərə səslənirəm. Şiddət internetdə qızışdırılır. Bu cinayətdir və sizin platformalarınızda edilir. Qanun hər yerdə tətbiq edilməlidir".
Sosial mediada yayılan dezinformasiya ilə bağlı baş nazir deyib: "İnternetdə şiddəti tərifləmək ifadə azadlığı deyil, cinayətdir. Sosial media platformaları üçün burada müşahidə edilməli bir tarazlıq var".
Xatırladaq ki, iyulun 29-da İngiltərənin Soutport şəhərində 17 yaşlı cinayətkar bıçaqla üç azyaşıı qıza hücum edib və onları qətlə yetirib.
Bu qətl aktından sonra Böyük Britaniyada böyük çaxnaşmalar yaranıb, etirazçılar üç qızı amansızcasına öldürən şəxsin dərhal tapılıb həbs edilməsini tələb edirlər.