İngiltərənin qadınlar millisi ikinci dəfə Avropa çempionu olub

İngiltərənin qadınlar millisi ikinci dəfə Avropa çempionu olub
İDMAN
23:39 27.07.2025
112
Futbol üzrə qadınlar arasında Avropa çempionatının qalibi bəlli olub.

Finalda İngiltərə və İspaniya yığmaları qarşılaşıb. İsveçrənin Bazel şəhərində baş tutan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Penaltilər seriyasında isə İngiltərə millisi 3:1 hesabı ilə qalib gələrək turnirdə ikinci dəfə çempionluq sevinci yaşayıb.

Milli komanda daha əvvəl 2022-ci ildə bu titula sahib çıxıb.

/APA
OXŞAR XƏBƏRLƏR