İnsan beyninin ən aydın görüntüsü - FOTO

MARAQLI
12:37 03.04.2024
244
Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü dərc edib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyinin (CEA) verdiyi yazılı açıqlamada MRT cihazı ilə çəkilmiş beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.

Araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda təxminən 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və ən aydın beyin görüntüsünün təxminən 4 dəqiqə ərzində əldə edildiyi ifadə edilib.

Açıqlamada qeyd olunub ki, 11.7 Tesla maqnit gücünə malik Iseult MRI aparatı ilə qısa müddətdə çəkilən görüntülərin xəstəxanalarda çox istifadə edilən cihazlarla əldə edilməsi saatlar çəkə bilər.

Iseult Layihəsinin prezidenti və CEA Araşdırma Direktoru Nicolas Boulant verdiyi açıqlamada daha keyfiyyətli məlumat əldə etmək üçün araşdırmaların daha bir neçə il davam edəcəyini və məqsədlərinin psixiatriya sahəsində bir çox xəstəliyi araşdırmaq olduğunu bildirib. 

Iseult MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir.

Ayşən

 

 


OXŞAR XƏBƏRLƏR