01:08 Bazar Ertəsi, 19 Avqust 2019
İDMAN

İnstagram-dakı layka görə PSG-dən qovulur

14:07, 15.03.20194431
İnstagram-dakı layka görə PSG-dən qovulur
PSG-də Adrien Rabiotla bağlı növbəti qalmaqal yaşanıb.

23 yaşı yarımmüdafiəçi komandasının Çempionlar Liqasında Manchester United-ə yenildikdən sonra rəqibin veteran futbolçularından olan Patrik Evranın qələbə sevinci ilə bağlı "Instagram"da etdiyi paylaşımı bəyənib. Bu isə klubda narazılığa səbəb olub.

Bundan başqa o, Manchester United-lə oyundan öncə gecə klubuna gedib. Rabiotun matçdan sonra əyləndiyi videonu paylaşması azarkeşlərin qəzəbinə tuş gəlib.

Bu günlərdə PSG rəhbərliyinin iclası keçiriləcək. Həmin iclasda Rabiotun müqaviləsinin ləğv ediləcəyi və komandadan qovulacağı deyilir.
 
///Goal.az
XƏBƏR LENTİ