'İnstagram' istifadəçilərinə xoş xəbər

MARAQLI
15:25 21.06.2013
1787
"Facebook" yaxın zamanda "Instagram" mobil fotomübadilə sistemi çərçivəsində video ilə işləmək üçün alətlər təqdim etmək niyyətindədir, bu da sistemə "Twitter" və onun "Vine" məhsulu ilə rəqabət aparmağa imkan verəcək.Bu gün "Instagram" istifadəçiləri tərəfindən şəbəkədə mobil şəkillərin yaradılması, redaktə edilməsi və yerləşdirilməsi vasitəsi kimi qəbul edilir.Bu gün axşam "Facebook" şirkətinin press-brifinqi keçiriləcək və orada "Instagram"ın yeni imkanları haqda, o cümlədən video ilə işləmək imkanları haqda məlumat təqdim ediləcək. Xatırladaq ki, "Instagram" sistemi "Facebook" tərəfindən ötən il 1 milyard dollara alınıb. Keçən dövr ərzində "Facebook" "Instagram"a heç bir qlobal yenilik gətirməyib, halbuki onun rəqibi "Twitter", mobil material mübadiləsinə alternativ yanaşmaları tətbiq edir.
OXŞAR XƏBƏRLƏR