04:56 Cümə, 21 Sentyabr 2018
MARAQLI

“Instagram” sevilən funksiyasını ləğv etdi

19:45, 12.03.20182010
“Instagram” sevilən funksiyasını ləğv etdi

"Instagram” bir müddət öncə çox istifadə edilən hekayələr bölməsinə GIF, yəni hərəkətli fotolar yüklənməsinə icazə vermişdi.

Bu gün sosial media platformasından istifadə edənlər şok yaşayıb. Çünki istifadəçilər "Instagram” hekayələr hissəsində GIF-lərdən istifadə edə bilməyiblər.

Bəyənilərək istifadə edilən bu yeniliyin ləğv edildiyi ortaya çıxıb.

"Instagram”ın yaradıcısı Kevin Sistrom məsələ ilə bağlı açıqlama  verib.

O, yeniliyin təkrar nəzərdən keçirilərək sistemə yüklənəcəyini deyib.

oxu.az

XƏBƏR LENTİ