"Instagram"a gələn YENİ FUNKSİYA

MARAQLI
12:56 04.03.2024
191
"Instagram” izlədiyiniz istifadəçiləri xəritədə görməyə imkan verəcək "Dost xəritəsi” adlı yeni funksiya üzərində işləyir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, video və foto paylaşma platforması "Instagram” hekayələr xüsusiyyətini "Snapchat”dan köçürüb.

Sosial media tətbiqi indi "Dost xəritəsi” adlı yeni funksiya üzərində işləyir. "Instagram” bu xüsusiyyət üçün yenidən "Snapchat”dan ilham alıb.

"Instagram”a gələn yeni funksiya sayəsində dostlarınızın yerlərini dünya xəritəsində görə biləcəksiniz.

Xəritədə yalnız yerini paylaşan istifadəçilər görünəcək. İstəyirsinizsə, bu funksiyanı söndürə bilərsiniz. Platforma həmçinin xəritədə qeydlər buraxmağa imkan verəcək.

Ayşən

OXŞAR XƏBƏRLƏR