16:00 çərşənbə, 21 Noyabr 2018
MARAQLI

İnstaqram “Hekayələr” bölməsinə yeni funksiya əlavə etdi

19:23, 26.04.20185025
İnstaqram “Hekayələr” bölməsinə yeni funksiya əlavə etdi

İnstaqram sosial şəbəkəsindəki "Hekayələr” bölməsində indi yuxarıdan sağ küncdə yerləşən xüsusi düymənin üzərinə sıxmaqla bölmədə qalereyaları dərc etmək olar.

AZXEBER.COM ICTnews-a istinadən xəbər verir ki, funksiya 10-dək material dərc etməyə imkan verir.

 

İndiyədək sözügedən xidmət bir şəkil və ya video seçməyə və onları ayrı-ayrılıqda dərc etməyə imkan verirdi. İndi isə istifadəçilərin ixtiyarına daha sürətli və rahat üsul verilib. İstifadəçi materialların göstərilmə ardıcıllığını seçə, həmçinin hər birinə stiker və gif əlavə edə biləcək.

Hələ ki yeni funksiya yalnız "Android” istifadəçiləri üçün əlçatandır. Proqramçılar söz veriblər ki, yaxın iki həftədə digər platformaların istifadəçiləri də yeni funksiyadan yararlana biləcək.

XƏBƏR LENTİ