"İnter" və "Xəzər Lənkəran" qələbəni əldən verdi

İDMAN
13:32 20.07.2012
1272

Dünən Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

AZXEBER.COM-un məlumatına görə, təmsilçilərimiz "Xəzər Lənkəran" və "İnter" klubları da bu axşam ilk oyunlarına çıxıb.

Ötən mərhələdə Estoniyanın "Nomme Kalyu" klubunu mübarizədən kənarlaşdıran "Xəzər Lənkəran" bu dəfə Polşa "Lex"i ilə qarşılaşıb. Lənkəran təmsilçisi doğma meydan amilindənmaksimum yararlanmaqla görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacaqdı. Lakin hərəyə bir dəfə fərqlənən komandalar görüşdən sülhlə ayrılıb - 1:1.

Digər təmsilçimiz Bakının "İnter" klubu isə öz meydanında Yunanıstanın "Asteras Tripolis" komandasını qəbul edib. İlk mərhələdə Estoniyanın "Trans" klubunu darmadağın edən (5:0, 2:0) Kaxaber Sxadadzenin komandası bu oyunda da rəqibini əliboş yola salmaq niyyətində idi. Lakin bu görüş də sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları bir həftə sonra - iyulun 26-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR