'İnter'in futbolçusu 'Səni axtarıram'da

İDMAN
10:19 11.03.2012
2566
Belarus mətbuatı vaxtilə bu ölkənin futbol çempionatında parlamış, sonradan qeybə çıxan legionerlərin izinə düşüb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız “Səni axtarıram” rubrikası hazırlayaraq, hər dəfə bir neçə legionerin sonrakı taleyinə aydınlıq gətirir. Bu yazıda 7 futbolçunu tapan belaruslular Bakının “İnter” klubunda çıxış edən Petar Zlatinovu da həmin siyahıya daxil ediblər. 2003-cü ildə Minsk “Dinamo”suna keçən bolqar yarımmüdafiəçisinin ölkə kubokunda BATE-yə vurduğu möhtəşəm qolu unuda bilməyən həmkarlarımız 2005-ci ildə Belarusu tərk edən Petarın karyerasını araşdırıb. Onun həmin vaxt vətəninə qayıtdığı, 2008-ci ildə isə “İnter”ə keçdiyini də vurğulanıb.

OXŞAR XƏBƏRLƏR