İnternetdə qucaqlaşmaq istəyənlərə şad xəbər

DÜNYA
14:30 28.12.2012
3887

İdeyanın mahiyyəti internetə qoşulan qurğulardan uzaq məsafədə fiziki hərəkətlərə bənzətmək üçün istifadə etməkdən ibarətdir. Sistem çoxlu hərəkətləri ötürə biləcək. “Məsələn, qucaqlaşmaq, əl sıxmaq, əşyaların yerini dəyişmək, lövhədə sözlər yazmaq və s.”, - patentdə deyilir.

"Microsoft" əl sıxmanın necə baş verəcəyini ətraflı şəkildə izah edir. İnsan xüsusi kontrolleri tutmalı və silkələməli, onun həmsöhbəti isə bu hərəkətləri hiss etmək üçün analoji qurğudan yararlanmalıdır. 

Qeyd etmək lazımdır ki, əl sıxmanın gücü və silkələnməsi ilə yanaşı, “sürtünmə, toxunma və toxunuş hissləri” də ötürüləcək. Bundan başqa, “elektrostimulyasiya, fiziki müqavimət, temperaturun dəyişməsi, səs, təzyiq, qurğunun teksturasının dəyişməsi və hissiyyatın ötürülməsi” kimi digər üsullardan da istifadə olunacaq.

Qeyd olunur ki, patentdə təsvir edilən texnologiya gələcəkdə korporasiyaya məxsus Skype servisində quraşdırıla bilər.

anspress

OXŞAR XƏBƏRLƏR