İntihar edən ömürlük məhbusun bacısı: "Onu bərk əsəbləşdiriblər"

İntihar edən ömürlük məhbusun bacısı: "Onu bərk əsəbləşdiriblər"
Bütün Xəbərlər
11:42 05.02.2016
834
"Onun intihar etmək məqsədi yox idi, axırıncı dəfə danışanda bizdən bağlama istədiyini demişdi. Fevralın 3-ü bağlama üçün zəng edəcəkdi. Amma etmədi".
AZXEBER.COM bildirir ki, bu sözləri axar.az-a Qobustan həbsxanasında intihar edən məhbus, 1975-ci il təvəllüdlü Sübhay İbrahimovun bacısı Zəminə Əsgərova deyib.
Onun sözlərinə görə, sonuncu telefon danışığında qardaşı gələcəyə ümidli olub:
"O, anamdan ona dağ çiçəkləri, çay, qənd, bəhməz, sabun və elektrik qəhvədanı göndərməsini istəmişdi. Dedi ki, ayın 3-ü zəng edəcəm. Sizə deyəndə göndərərsiniz. Daha sonra mənim balaca oğlumun şəkillərini istəmişdi ki, ona hədiyyə hazırlasın. Zəngini gözləyirdik. Amma dünən xəbər aldıq ki, həbsxanada intihar edib. Anam çox pis olub. 64 yaşı var, ürəyi dözmür buna. Tək istəyi həqiqətlərin ortaya çıxmasıdır. Bəlkə, onda rahatlıq tapar".
Mərhumun bacısının sözlərinə görə, Sübhay İbrahimov Qobustan həbsxanasına sentyabr ayında köçürülüb.
O, qardaşının ömürlük həbsinə səbəb olan cinayət hadisəsini isə bu cür şərh edib:
"O vaxt qardaşım içkili olub. Görünür, onu bərk əsəbləşdiriblər və bu, cinayət hadisəsinə səbəb olub. O heç vaxt heç kimə pislik etmək istəməyib. Çox mərhəmətli insan olub. Kimisə öldürməsi heç vaxt ağlımıza gəlməzdi. O, vicdanlı insan idi. Cinayət prosesi gedənə qədər qardaşım nə hallara düşdü, saçları ağardı, dişləri töküldü. Fəhlə adam idi, çobanlıq edib birtəhər dolanırdı".
Xatırladaq ki, intihar edən məhbus Sübhay İbrahimov iki dəfə ailəli olub. Onun hər iki evliliyindən bir oğlu var.
Mərhumun törətdiyi cinayət hadisəsi isə 23 noyabr 2014-cü ildə baş verib. 1 il əvvəl Məmmədovlar ailəsinin ruhi xəstə olduğu deyilən qızı ilə ailə quran Subhay bu evliliyi cəmi bir gün sürdürə bilib. Qətlə yetirdiyi şəxslər də ayrıldığı qadının ailə üzvləri olublar.
Qocaları qətlə yetirən zaman sərxoş olan Sübhay İbrahimov istintaqa ifadəsi zamanı onları tamah məqsədilə öldürdüyünü təsdiq edib. Gecə saatlarında keçmiş qaynatasının evinə gələrək ondan pul tələb edib, rədd cavabı aldıqda isə əvvəlcə Tahir Məmmədovu, daha sonra isə Sona Məmmədovanı yumruqla vurub. 80 yaşlı qarı Sübhayı polisə xəbər verəcəyi ilə hədələdikdə isə həyətdəki balta ilə əvvəlcə Tahir Məmmədovu, sonra isə onun həyat yoldaşınıı vuraraq qətlə yetirib.
Sübhay İbrahimov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb.
Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardıma baxmayaraq, məhkum S.İbrahimov vəfat edib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib