Xəbər verdiyimiz kimi, müğənni İntizar və Mustafa Cecelinin həyat yoldaşı Sinem Gedikin yataq görüntüləri yayılmışdı.
AZXEBER.COM axşam.az-a istinadən məlumat verir ki, baş verənlərdən sonra İntizar sosial media hesablarını bağlamışdı. Bir neçə gün əvvəl ifaçı İnstaqram hesabını yenidən istifadə etməyə başlayıb. İntizar 6 avqustda baş tutacaq konserti ilə bağlı paylaşım edib. Lakin izləyiciləri onun paylaşımına mənfi rəylər yazıblar. Əsəbiləşən müğənni bütün izləyicilərinə sərt cavablar yazmağa başlayıb.
Qeyd edək ki, müğənni və Sinemin görüntülərini yayan şəxsin Mustafa Ceceli olması haqda xəbərlər ortaya çıxıb. Lakin sonradan məlum olub ki, videoları İntizarın yaxın qohumlarından biri paylaşıb.