İsrailin İordan çayına hücumunda ölən fələstinlilərin sayı AÇIQLANDI

İsrailin İordan çayına hücumunda ölən fələstinlilərin sayı AÇIQLANDI
DÜNYA
10:59 26.12.2023
128
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin həyata keçirdiyi hücumlarda 7 fələstinlinin yaralandığı açıqlanıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən yazılı açıqlama verilib.
 
Açıqlamada hərbçilərin Nablus şəhərinin şimalındakı Deyr Şeref qovşağında yəhudi mühacirlər tərəfindən hücuma məruz qalan 31 yaşlı fələstinli gəncə müdaxilə etdiyi bildirilib.

Digər tərəfdən Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, Selfit şəhərində yəhudi mühacirlər tərəfindən həyata keçirilən hücumda 2 fələstinli yaralanıb.

Köçkünlər tərəfindən döyülən Həsən Yusuf Selman və Səid Həsən əl-Kadi adlı fələstinlilərin bədənlərində qançır və sınıqlar yaranıb.

Cenin şəhərinin qərbində yerləşən Şile əz-Zəhr qəsəbəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində əlindən yaralanan bir fələstinli xəstəxanaya aparılıb.

İsrail qüvvələrinin də şəhərin cənubundakı hərbi keçid məntəqəsində 17 nəfəri saxladığı bildirilib.
 
Xatırladaq ki, işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 303 fələstinli həyatını itirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR