iOS 17.5 xüsusiyyətləri: iPhone-lara gələn yeniliklər

MARAQLI
11:46 06.04.2024
205
iOS 18-in təqdimatından əvvəl buraxılacaq son iOS 17 versiyası olan iOS 17.5 beta olaraq mövcuddur. Yenilənmə ilə iPhone-lara gələcək yeniliklər də ortaya çıxıb.

AZXEBER.COM xəbər verir ki, mövcud iOS yeniləməsindəki bəzi səhvlərə görə "Apple” ötən həftələrdə iOS 17.4 yeniləməsini çıxarıb və bəzi xüsusiyyətləri telefonlara gətirib.

Hazırda iOS 17.5 üzərində işləyən şirkət yeniləmənin beta versiyasını tərtibatçıların istifadəsinə verib.

iOS 17.4 ilə Avropa İttifaqı daxilində iPhone modellərində xarici mənbələrdən tətbiqlərin quraşdırılması funksiyası aktivləşdirilib. Bu, istifadəçilərin "App Store”dan kənarda iPhone-lara proqramlar quraşdırmasına yol açıb.

iOS 17.5 rəsmi olaraq istifadəçilərə vebsaytlardan proqramlar yükləməyə imkan verəcək.

Bununla belə, istifadəçilər öz seçdikləri internet saytından deyil, proqram tərtibatçılarının rəsmi saytlarından yükləyə biləcəklər.

"Apple” həmçinin əməliyyat sistemində bəzi kiçik dizayn dəyişiklikləri etməyə hazırlaşır.

Hazırda iOS 17.5 yeniləməsinin nə vaxt çıxacağı ilə bağlı dəqiq məlumat yoxdur.

Ayşən

OXŞAR XƏBƏRLƏR