iPhone 16 seriyasının batareya tutumları məlum olub.
AZXEBER.COM xəbər verir ki, iPhone 15 modellərinin təqdim olunmasından çox keçməsə də, sentyabr ayında satışa çıxarılacaq iPhone 16 seriyası ilə bağlı artıq yeni məlumatlar var.
Yeni məlumata görə, iPhone 16, iPhone 16 Pro və Pro Max digərlərindən daha böyük batareyalara sahib olacaq.
Çin mənbəsinə görə, iPhone 16 modeli 3561 mAh, iPhone 16 Plus modeli 4006 mAh, iPhone 16 Pro 3355 mAh, iPhone 16 Pro Max modeli isə 3561 mAh batareyaya sahib olacaq.
Qeyd edək ki, Çin mənbəsinin sızdırdığı məlumat keçmişdə səsləndirilən iddialarla üst-üstə düşür.
Digər tərəfdən, iPhone 16 Plus modelinin əvvəlki modeldən daha az batareya tutumu ilə gəlməsi diqqət çəkir.
Bu məlumat hələlik "Apple” tərəfindən təsdiqlənməyib.
Ayşən