"Apple”ın bu ilin sonunda təqdim edəcəyi iPhone 16 ilə bağlı yeni iddialar var.
AZXEBER.COM xəbər verir ki, iddiaya görə, iPhone 16 seriyasının Pro modelləri yeni kamera dizaynı ilə gələcək.
İddialara görə, "Apple” tərəfindən sınaqdan keçirilən iPhone 16 Pro prototiplərindən biri maraqlı kamera dizaynına sahib olacaq. "Apple”ın üzərində işlədiyi dizayn sosial mediada paylaşılıb.
Belə bir dizayn artıq istifadəçilər tərəfindən kifayət qədər maraqla qarşılanıb.
Ayşən