İranda İsrailin milli kəşfiyyat agentliyi olan MOSSAD adından casusluq fəaliyyəti həyata keçirməkdə və təxribat aksiyaları planlaşdırmaqda ittiham olunan şəxs edam edilib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, dövlət televiziyasında verilən açıqlamada, keçən il İsfahan vilayətində Müdafiə Nazirliyinə bağlı bir araşdırma mərkəzinə qarşı "təxribat aktı planlaşdırmaqda” və İsrail adından "casusluq fəaliyyəti həyata keçirməkdə” günahlandırılan bir şəxsin olduğu açıqlanıb.
Edam edilən şəxsin şəxsiyyəti açıqlanmasa da, sözügedən şəxsin araşdırma mərkəzinə pilotsuz uçuş aparatının (PUA) hücumunun planlayıcısı olduğu bildirilib.
Həmin şəxslər 2022-ci ildə İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus fabrikə bombalı hücum təşkil etməyə cəhddə təqsirli biliniblər.
Mikayıl