İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
DÜNYA
15:50 20.05.2024
199
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Tasnim” agentliyi öz növbəsində qeyd edir ki, bu gün səhər Məşhəddə Rəisinin dəfn mərasimi ilə bağlı şura iclası da keçirilib. Qərara alınıb ki, əsas küçə və ya meydanlardan birinə mərhum prezidentin adı verilsin.
OXŞAR XƏBƏRLƏR