İran şərt qoydu: “ABŞ şərtlərinmizi qəbul etməlidir”

İran şərt qoydu: “ABŞ şərtlərinmizi qəbul etməlidir”
DÜNYA
14:01 27.04.2026
278
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Tehran və Vaşinqton arasında davam edən danışıqlarla bağlı bildirib ki, ABŞ İranın şərtlərini qəbul etməlidir.

AZXEBER.COM-un İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən verdiyi məlumatına görə, Rzayi qeyd edib ki, əgər ABŞ rasional qərar vermək istəyirsə, danışıqlarda İranın tələblərini qəbul etməkdən başqa çıxış yolu yoxdur.

Onun sözlərinə görə, regional ölkələr və neft alıcıları tranzit yollarının bağlanması səbəbindən Vaşinqtona təzyiq göstərir və Hörmüz boğazının yenidən açılması üçün tədbirlər görülməsini tələb edirlər.

Rzayi həmçinin bildirib ki, İran parlamenti Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ilə bağlı hüquqi mexanizmlər üzərində işləyir və boğazla bağlı qaydalar əvvəlki vəziyyətinə qaytarılmayacaq.

Sonda o vurğulayıb ki, İranın ABŞ ilə danışıqlarda irəli sürdüyü 10 şərtdən geri çəkilməsi mümkün deyil. Gülay
 
Gülay
OXŞAR XƏBƏRLƏR