İranın İnqilab Qvardiyasının ali baş komandanı bəyan edib ki, əgər ABŞ və İsrail İrandakı obyektlərə zərbə endirsə, ölkəsi NATO-nun Türkiyədəki raket əleyhinə müdafiə (RƏM) sistemlərinə hücum edəcək. Qvardiyanın aerokosmik qoşunlarının rəhbəri general Əmir Əli Hacızadə bildirib ki, ABŞ və İsrailin İrana qarşı siyasəti Tehranı müdafiə doktirnasına yenidən baxmağa vadar edib. General xəbərdarlıq edib ki, İran yeni müdafiə strategiyası çərçivəsində ABŞ və İsrail tərəfindən artan təhdidlərə müqavimət göstərəcək.