İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib

İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib
SİYASƏT
10:36 25.03.2025
700
İranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında ABŞ-nin hədəfinin qonşu və dost ölkələrin münasibətlərini parçalamaq olduğuna dair xəbərdarlıq edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, nazirlər regionda baş verən son hadisələri müzakirə ediblər.

Məlumata görə, Abbas Əraqçi Fuad Hüseynlə ABŞ-nin Yəməndə husi qiyamçılarına qarşı keçirdiyi son əməliyyatlar, İsrailin Qəzza və Livanda keçirdiyi hərbi əməliyyatları bərpasına dair fikir mübadiləsi ediblər.

Əraqçi ABŞ-nin İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək bildirib ki, İslam Respublikasına təzyiq göstərmək üçün Ağ Evin irəli sürdüyü iddia, ittihamlar əsassız, etibarsızdır: "Qonşu və dost ölkələrin zərgərlik hədəfinə uyğun olaraq region ölkələri arasında dostluq münasibətlərini pozmaqdan başqa bir niyyəti yoxdur. Odur ki, ABŞ-nin təhriki ilə münasibətlərin parçalanmasından ehtiyatlı olmağa çağırıb”.

İranlı nazir ABŞ-nin region ölkələrində yerləşən bazalarından və onların hava məkanından region dövlətlərinə qarşı aqressiv hərəkətlər etmək üçün istifadə etməsi nəticəsində yaranan ciddi təhlükələrdən danışaraq deyib ki, regionun bütün ölkələrinin öz milli suverenliklərini qorumaq, ərazilərindən və obyektlərindən xarici hərbi qüvvələr tərəfindən başqa dövlətlərdə sabitliyi pozmaq üçün istifadə etməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Fuad Hüseyn bütün regionda sülhə, sabitliyə təhdidlərin qarşısının alınması üçün bölgə ölkələri arasında konsensus və əməkdaşlığın vacibliyini söyləyib.

Xatırladaq ki, İraqın neft naziri Hayan Abdel-Qani ABŞ-nin körfəzdə saxladığı İrana aid neft tankerlərində ölkəsinə aid saxta sənədlərin aşkarlandığını bildirib: "Biz ABŞ tərəfini məlumatlandırdıq ki, bu sənədlər saxtadır və bizim onlarla heç bir əlaqəmiz yoxdur”.

Məlumata əsasən, martın 20-də ABŞ Dövlət Departamenti İran neftinin satışına yönəlmiş dördüncü sanksiya paketini elan edib. Dövlət Departamentinin rəsmi bəyanatına görə, sanksiyalar İran neftinin alınması ilə məşğul olan bir təşkilata, həmçinin 19 hüquqi şəxsə və gəmiyə qarşı tətbiq edilib.

Mütəxəssislər Abbas Əraqçinin Fuad Hüseynlə telefon danışığı zamanı bu məsələnin də müzakirə olunduğunu istisna etməyiblər. Bundan başqa, İraq ərazisində iranyönümlü silahlı qruplaşmalar qalmaqdadır. İsrail İraqda həmin qüvvələrə qarşı əməliyyat keçirmək niyyətində olduğunu gizlətməyib. Odur ki, Abbas Əraqçinin danışığında da bu məsələ üstüörtülü şəkildə vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri