Bildirilib ki, İran və Rusiyanın ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyuta ilə alqı-satqı ilə bağlı əldə etdiyi razılaşma yekun nəticəyə çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iki ölkə 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırdıqlarını açıqlayıb.
İran lideri Ayətullah Əli Xamenei 2022-ci il iyulun 19-da Tehranda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdən imtina edilməli olduğunu bəyan edərək deyib:
"Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır”.
Putin isə ABŞ-nin dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarını hazırladığını bildirib.
Ayşən