İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə İran KİV-i məlumat yayıb.
Danışıq zamanı İsrailin Qəzzaya və Livana hücumları, ABŞ-nin Yəmənə endirdiyi zərbələr müzakirə olunub.
Diplomatlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.
///Report