İranda ağır qəza - 13 ölü, 11 yaralı

İranda ağır qəza - 13 ölü, 11 yaralı
DÜNYA
09:55 16.12.2025
91
İranda İsfahan-Nətənz istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İsfahan əyalətinin fövqəladə halların idarə edilməsi üzrə baş direktoru Mənsur Şüşəfuruşin bildirib ki, hadisə yerinə polis əməkdaşları, xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR