İranda aksiyalarda iştirak edən daha 85 nəfər saxlanıldı
DÜNYA
22:09 02.02.2026
751
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat zabitləri İranın cənub-qərbindəki Çaharmahal və Bəxtiyariyə əyalətlərində baş verən iğtişaşlarda iştirak edən 85 nəfəri saxlayıblar.
AZXEBER.COMxəbər verir ki, bu barədə SEPAH-ın yerli şöbəsinin açıqlamasında bildirilir.
Bəyanatda qeyd olunur ki, "Çaharmahal və Bəxtiyariyə əyalətlərində baş verən son iğtişaşlar zamanı dövlət əmlakının dağıdılmasında iştirak edən 85 nəfər saxlanılıb. Bu şəxslər yerli əhalinin köməyi və SEPAH əməkdaşlarının əməliyyatı sayəsində müəyyən edilib və saxlanılıb".