İranın İsfahan şəhərində partlayış səslərinin eşidildiyi bildirilib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mehr Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, İsfahanın Sepahan bölgəsində üç partlayış səsi eşidilib.
Partlayışların görüntüləri sosial mediada paylaşılarkən İsfahan qubernatorunun müavini Məhəmməd Rza Cansari partlayışların təlim nəticəsində baş verdiyini açıqlayıb.
Mövzu ilə bağlı ətraflı məlumat paylaşılmayıb.
Oksana