İranın müxtəlif şəhərlərin keçirilən çərşənbə mərasimlərində bu günə kimi 26 nəfər həyatını itirib.
Bu barədə "Mehrnews" agentliyi məlumat yayıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlayıb ki, çərşənbə mərasimlərində qalanan tonqallar zamanı baş verən hadisələrdə 4360-dan insan müxtəlif növ bədən xəsarətləri alıb.
Paytaxt Tehranda yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub ki, bunlardan ikisində ölüm halı baş verib.