İranda həbs edilən faəllara dəstək kampaniyası başladı

İranda həbs edilən faəllara dəstək kampaniyası başladı
SOSİAL
17:11 13.10.2021
327
Türkiyədə İranda həbs edilən azərbaycanlılara dəstək kampaniyası keçirilib. 

AZXEBER.COM "Azad İran" kanalına istinadən xəbər verir ki, kampaniya oktyabrın 11-dən başladılıb. Türk sosial media fəalları dəstək kampaniyasını #SoydaşlarımızıÖzgürBırakın adlı həştəqlə aparıb.

Qısa zaman ərzində Türkiyə, Azərbaycan və türkiyəli jurnalistlər, siyasətçilər və sıravi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

Kampaniya İran məhkəməsinin 12 ərdəbilli fəalı Qarabağın azadlığına dəstək verdikləri üçün ümumilikdə 180 ay zindan və 888 qamçı zərbəsinə məhkum etməsinə etiraz olaraq həyata keçirilib.

Qeyd edək ki, İran hökumətinin bu qərarı Türkiyə və Azərbaycan mediasında geniş şəkildə yayılıb.

OXŞAR XƏBƏRLƏR