İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib

İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
DÜNYA
11:59 25.04.2026
290
İranda İsrailin "Mossad" kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan ölkə vətəndaşı barəsində çıxarılmış ölüm hökmü icra edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" "Tasnim" agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, edam edilən Ərfan Kiani "Mossad"a işləməkdə, eləcə də bu il ölkədə keçirilən ümummilli etirazlar zamanı vandalizm və zorakılıq aktlarında iştirakda təqsirli bilinib.

İran hakimiyyətinin məlumatına görə, Kianinin İsfahanda yandırma, əmlakın dağıdılması və əhalini təşvişə salmaqda əli olub. O, həmçinin soyuq silahdan istifadədə ittiham olunur.

Məlumata görə, hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

"Report" 
OXŞAR XƏBƏRLƏR