İranda qadınların stadionda futbola baxmasına icazə verildi, amma...

İranda qadınların stadionda futbola baxmasına icazə verildi, amma...
İDMAN
22:36 26.08.2019
6298
İranda qadınların stadionlarda futbol matçlarını izləmələrinə icazə verilib.

Bu barədə ölkənin İdman və Gənclər nazirinin müavini Cəmşid Tağızadə məlumat verib.

Onun sözlərinə görə, qadınların oktyabrın 10-da Tehranın "Azadi” stadionunda İran və Kamboca milli komandaları arasında keçiriləcək oyunu izləmələrinə icazə verilib.

İcazənin növbəti oyunlara şamil edilib-edilməyəcəyi sual olaraq qalır.

Qeyd edək ki, İranda qadınların futbol oyunlarına buraxılması qadağandır. Bu səbəbdən FIFA prezidenti Canni İnfantino İran hökumətinə ünvanladığı məktubda qadağanı aradan qaldırmağı tələb edib.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR