İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin aviasiya sektoruna tətbiq etdiyi sanksiyalara görə prezident İbrahim Rəisi və ətrafının ölümündə ABŞ-ni günahlandırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, açıqlamasında İran xalqının 45 ildə böyük hadisələrlə üzləşdiyini və bu faciəli hadisənin öhdəsindən gələcəklərini bildirib.
Əvvəlki bəzi ölümcül hadisələri, eləcə də helikopter qəzasını xatırladan Zərif deyib:
"İrana aviasiya sənayesinin satışına sanksiya tətbiq etməklə prezident və dostlarının şəhadətinə səbəb olan ABŞ olub, ABŞ-nin törətdiyi cinayət olub. Bu hadisə İran xalqının beyninə və tarixinə yazılacaq”.
Ayşən