İranın XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarını alqışlayıb

SİYASƏT
07:41 27.12.2023
251
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrov ilə ölkələr arasında münasibətlərin cari məsələlərini, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Telefon danışığı zamanı nazirlər Cənubi Qafqazda baş verən son hadisələri, əməkdaşlığın və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həmçinin regional və beynəlxalq münasibətlərə dair bəzi məsələləri müzakirə ediblər.

Nazirliyin bəyanatında qeyd olunub ki, Abdullahian "Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayaraq İranın regionda sülh və sabitliyə dəstəyini vurğulayıb”.
OXŞAR XƏBƏRLƏR