İraq İsraildən şikayətçi olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinə və BMT Təhlükəsizlik Şurasına nota göndərib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq hökumətinin sözçüsü Bəsim Əvvadi jurnalistlərə açıqlamasında bildirib.
O, İraq ərazisinin qonşu ölkələrə hücum üçün istifadə edilməsinə icazə verilməyəcəyini vurğulayıb.
Əvvadi açıqlamasında bu sözləri deyib:
"İraq hökuməti İraqın suverenliyinə, müstəqilliyinə və ərazisinin müqəddəsliyinə qəti sadiqliyini təsdiqləyir və bu pozuntularla mübarizə üçün müxtəlif səviyyələrdə işləyir. Biz vurğulayırıq ki, İraqın hava məkanından və ya ərazisindən digər ölkələrə, xüsusilə də qonşu ölkələrə hücum etmək üçün istifadə edilməsi, icazə verilməzdir”.
Cəmalə