İraqdan İrana keçmək istəyən terror qruplaşmasının üzvləri zərərsizləşdirilib

DÜNYA
18:57 20.09.2024
207
İraqın Kürdüstan regionundan İran ərazisinə keçmək istəyən "Komala” terror qruplaşmasının liderlərindən biri və 3 üzvü zərərsizləşdirilib.

Bu barədə İnqilab Keşikçiləri Korpusundan məlumat verilib.

Bildirilib ki, havaya xəbərdarlıq atəşindən sonra silahlılar sərhədçiləri odlu silahlardan hədəfə alıb. Tərəflər arasındakı toqquşmada öldürülənlərdən biri "Komala"nın liderlərindən olan Ribvar Kərimyandır.

Əməliyyatda ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları da iştirak edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR