Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdikləri növbəti əməliyyatı nəticəsində PKK terror qruplaşmasının 17 üzvünü öldürüblər.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Türkiyə hərbçilərinin İraqın şimalındakı "Pençe-Kilit” bölgəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində 17 terrorçu öldürülüb.