“Show TV”də yayımlanan “Bu tarz benim” yarışmasının münsifi olan serbiyalı modelyer İvana Sərt mediaya maraqlı açıqlama verib.
Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, 8 il evli olduğu iş adamı Yurdal Sərtdən boşanan, hazırda isə keçmiş həyat yoldaşının vaxtilə dostu olmuş digər iş adamı Sinan Akımanla birlikdə olan modelyer bəyəndiyi kişi tipindən danışıb:
“Kişidə fiziki quruluşa əhəmiyyət vermirəm. Əksinə, çirkin olanları çox sevirəm. Məsələn, Bred Pitti bəyənmirəm”.
İ.Sərt “Seksual olmaq üçün nə etmək lazımdır” sualını isə belə cavablandırıb:
“Qadın pişik kimi olmalıdır. Hər hansı bir şeyi birbaşa istəməməlidir. Bir az nazlanmalıdır. Kişilər deyingən xanımları xoşlamırlar. Sevgilinin baş-beynini aparsan, heç vaxt seksual ola bilməzsən”.