07:54 Cümə Axşamı, 17 Oktyabr 2019
KRİMİNAL

İş adamının ölümünə görə həbs edilən ata və oğluna hökm oxundu - 35 il

17:22, 28.12.20184642
İş adamının ölümünə görə həbs edilən ata və oğluna hökm oxundu - 35 il

İş adamının qətlinə görə həbs edilən ata və oğul hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Tural Əlizadə və atası Zakir Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Tural Əlizadə 17 il, Zakir Əlizadə isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan Babək Quliyev barəsində isə 2 il islah işləri cəzası təyin edilib.

1959-cu il təcəllüdlü Zakir Əlizadə daha əvvəl də 3 dəfə məhkumluq həyatı yaşayıb. O, daha əvvəl adam öldürməyə görə 9 il məhbus həyatı yaşadığını söyləyib.

Zakir Əlizadə indi adam öldürməkdə və xuliqanlıqda ittiham edilir. O, niyə həbs edildiyini bilmədiyini deyib. 1991-ci il təvəllüdlü Tural Əlizadə ailəli, iki azyaşlı övladının olduğunu, daha əvvəl məhkumluq həyatı yaşamadığını deyib.

Bu iş üzrə daha bir nəfər təqsirləndirilən şəxs var. O, 1976-ci il təvəllüdlü Babək Quliyevdir. B.Quliyev xuliqanlıqda ittiham edilir.

Təqsirləndirilən Tural Əlizadə yeni vəkillə müqavilə imzalamaq istədiyini və dövlət hesabına təyin edilən vəkildən imtina etdiyini bildirib. Məhkəmədə T.Əlizadənin yeni vəkillə müqavilə imzalaması üçün mayın 8-nə qədər fasilə verilib.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1975-ci il təvəllüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar "söhbət etmək" üçün kafedə görüşüblər. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb. O, üçüncü gülləni R.Abbasovun ürək nahiyyəsinə vurub. Daha sonra qətlin iştirakçısı kimi Tural Əlizadənin atası Zakir Əlizadə də həbs edilib.

XƏBƏR LENTİ